Rusiyada jurnalistlərə Kadırovla bağlı tapşırıq verildi


Rusiyada jurnalistlər Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun açıqlamaları ilə bağlı xəbərləri yalnız rəhbərlərinin icazəsindən sonra dərc etmək barədə ciddi əmr alıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın 2 əməkdaşı “Proekt”ə danışıb.
Əməkdaşların sözlərinə görə, onlar daha əvvəl Çeçenistan rəhbərinin ifadələrini öz cümlələri ilə xəbərə çevirib paylaşırdılar, indi bunun üçün icazəni agentliyin baş redaktorunun müavinlərindən biri verməlidir ki, o da öz növbəsində xəbərləri hakimiyyətlə əlaqələndirə bilər. Nəticədə TASS, məsələn, Kadırovun təslim olmuş 260 ukraynalı dəniz piyadası haqqında məlumatını yayımlamayıb.
“Proekt” yazır ki, gecikmələrlə TASS digər mövzularda, o cümlədən iqtisadi mövzularda xəbərlər dərc edir. Əgər mətndə hətta müharibənin və sanksiyaların Rusiya üçün asan olmadığına dair eyham varsa, o, iki saata razılaşdırıla və ya heç yayımlanmaya bilər.

DİGƏR XƏBƏRLƏR

Top