
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunmuş “Poladın izi ilə” sənədli filmi çəkilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycanfilm” Kinostudiyası məlumat yayıb.
Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.
“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi bu gün, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz