Rusiya aviaşirkəti Bakıya uçuşlara başlayır


20 may 2022-ci il tarixindən etibarən Rusiyanın “IrAero” Hava Yolları şirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar cümə günləri "Superjet-100" təyyarələri ilə həyata keçiriləcək.
Bir tərəfli biletin qiyməti 27 685 rubldan (təxminən 718 AZN) başlayır.
Qeyd olunub ki, hazırda “IrAero” Azərbaycan, Ermənistan, İsrail və Özbəkistana beynəlxalq uçuşlar həyata keçirməyə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top