İrəvanda etirazçılar Kiyev körpüsünü bağladı – VİDEO


Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın əleyhinə kütləvi etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarında etirazçılar İrəvanda Kiyev körpüsünü bağlayıblar.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlar betonqarışdıran maşınlarla nəqliyyatın hərəkətinə mane olublar.
Bildirilib ki, hökumət binalarının yerləşdiyi Baqramyan prospektinin girişindəki Kasyan küçəsi də betonqarışdıran maşınlarla bağlanıb.
Eritaz aksiyası iştirakçıları Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı müxtəlif şüarlar səsləndiriblər.
Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, İrəvanda səhər saatlarında yeddi vətəndaş saxlanılıb.


DİGƏR XƏBƏRLƏR

Top