"Rusiya İzyum yaxınlığında 22 tabor yerləşdirib" - Britaniya kəşfiyyatı


Rusiya Donbass bölgəsinə daxil olmaq üçün şərqdəki İzyum şəhəri yaxınlığında 22 tabor yerləşdirib.
Yeniavaz.com
“BBC”yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin sonuncu brifinqində deyilib.
“Rusiya çox güman ki, Kramatorsk və Severodonetsk şəhərlərini tutmaq üçün İzyumdan kənara çıxmaq niyyətindədir”, - nazirlikdən bildirilib.
“Bu yerlərin ələ keçirilməsi Rusiyanın Donbassın şimal-şərqində hərbi nəzarətini gücləndirəcək və onların bölgədəki Ukrayna qüvvələrini sıradan çıxarmaq səyləri üçün hazırlıq nöqtəsi olacaq”, - brifinqdə əlavə edilib.

DİGƏR XƏBƏRLƏR

Top