
Roma Papası Fransis Ukraynada davam edən müharibəni müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini deyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Papa görüş üçün Moskvaya getməyə hazır olduğunu bildirib. "Mən kardinal Pietro Parolindən xahiş etdim ki, Putinə Moskvaya getməyə hazır olduğum barədə mesaj göndərsin. Biz hələ cavab almamışıq və biz təkid etməyə davam edirik. Baxmayaraq ki, Putin bu görüşü indiki vaxtda keçirə bilməz”, - deyə o əlavə edib.