Bakıda avtomobil yandıran şəxs saxlanıldı


Bakıda iki avtomobil yandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus “Lexus” və “Hyundai” markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top