Son sutkada koronavirusa 1 nəfər yoluxub


Azərbaycanda koronavirus infeksiyasına 1 yeni yoluxma halı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Yeniavaz.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 792 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 786 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 84 nəfərdir.
Son gün ərzində 1 663, hazırkı dövrədək isə 6 819 005 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top