Mariupol evakuasiyası - Nə bilmək lazımdır?


Böyük bir qrup mülki şəxs aylardır mühasirəyə düşdüyü Mariupoldakı nəhəng polad zavodundan çıxa bilib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, bu, həftələrdir şəhərin qalan hissəsini yerlə-yeksan edən və zəbt edən Rusiya qüvvələrinə qarşı son mövqenin sərgiləndiyi ərazidən ilk evakuasiyadır.

Kim qaçmağı bacardı?
Mariupolun mühasirəsində olan Azovstal polad zavodunda gizlənən 100-ə yaxın mülki şəxs BMT və Qızıl Xaç Cəmiyyətinin iştirakı ilə aparılan gərgin danışıqlardan sonra nəhayət ərazini tərk edib.
Mülki sakinlər həftələrlə təchizatları azalan və intensiv bombardmanla üzləşən geniş yeraltı tunellər şəbəkəsində tələyə düşmüşdülər.
Qaçan bir qadın belə deyib: "Siz sadəcə olaraq nələr keçirdiyimizi - terroru təsəvvür edə bilməzsiniz".

Onlar haraya gedirlər?
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, qrup bu gün Ukraynanın nəzarətində olan Zaporojya şəhərinə gələcək, lakin bu, hələ baş verməyib. Arada 200 km-dən çox məsafə var və onlar müxtəlif keçid məntəqələrindən keçməlidirlər.
Artıq bəllidir ki, insanlar polad zavodundan evakuasiya edildikdən sonra qruplar Rusiyanın nəzarətində olan kəndlərə aparılıb, orada onlara tibbi yardım göstərilib və bəziləri jurnalistlərə danışıb.
Bazar günü Rusiya bildirib ki, həmin ərazilərdən Ukraynanın nəzarətində olan ərazilərə getmək istəyən hər hansı təxliyə edilənləri Qırmızı Xaç və BMT-yə təhvil verəcək.

Bu evakuasiya niyə vacibdir?
Mülki şəxslərin təhlükəsiz azad edilməsi üçün aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra, ilk dəfədir ki, Azovstal zavodundan mülki şəxslərin çıxarılması üçün uğurlu bir humanitar dəhliz razılaşdırılıb.
Ancaq içəridə qapalı qalan yüzlərlə mülki şəxsin tam şəkildə nə vaxt çıxa biləcəkləri hələ də bəlli deyil. Bazar günü təxliyyə edilənlər qrupu tərk etdikdən sonra zavoddakı döyüşçülər bildiriblər ki, Rusiya qüvvələri dərhal ərazini atəşə tutmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top