Rusiyada barıt zavodunda partlayış: Ölənlər var - VİDEO


Rusiyanın Perm şəhərində barıt zavodunda partlayış və yanğın baş verib.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, iki işçi həlak olub, biri isə yaralanıb.
Perm ərazisi üzrə Dövlət Əmək Müfəttişliyinin məlumatına görə, hadisə mayın 1-də baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, onlar pəncərələrini titrədən partlayış səsi eşidiblər və qalın tüstü sütunu görüblər.
Məlumdur ki, müəssisə “Qrad” və “Smerç” reaktiv yaylım atəş sistemləri və hava hücumundan müdafiə sistemləri üçün yüklər istehsal edir.
Xatırladaq ki, daha əvvəl mayın 1-də Belqorod şəhərində də hərbi obyektdə partlayışların baş verdiyi bildirilirdi.
Eyni gün Kursk vilayətində üzərindən Ukraynaya hərbi texnika daşınan dəmir yolu körpüsü uçub. Yerli hakimiyyət körpünün uçmasını təxribat kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top