Türkiyə Şimali İraqda 60-dan çox PKK-lını məhv edib


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi “Pençe-Kilit” hərbi əməliyyatı zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) onlarla üzvünü məhv edib.
Yeniavaz.com
xəbər verir ki, milli müdafiə naziri Hulusi Akar bazar ertəsi jurnalistlərə açıqlamasında İraqın şimalında keçirilən xüsusi əməliyyatı zamanı 61 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Qeyd edək ki, aprelin 18-nə keçən gecə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı Hərbi Hava Qüvvələri və xüsusi təyinatlıların da cəlb olunduğu yeni hərbi əməliyyata başlayıb. Türkiyə qırıcıları Metina, Zap və Avaşin bölgələrinə hava zərbələri endirib. Müdafiə naziri Akarın sözlərinə görə, əməliyyatın birinci mərhələsinin məqsədlərinə nail olunub. Qeyd olunub ki, mülki əhalinin ölümünün, ətraf mühitin, mədəni və dini obyektlərin zədələnməsinin qarşısını almaq üçün maksimum səy göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top