Lavrovun bu sözləri İsraili qəzəbləndirdi - Səfir XİN-ə çağırıldı


Rusiya səfiri Anatoli Viktorov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına aydınlıq gətirmək üçün İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Rusiya xarici işlər naziri Sergey Lavrovun qəzəbli ifadələri nəticəsində Xarici İşlər Nazirliyi Rusiyanın İsraildəki səfirini izahat söhbəti üçün çağırıb”, - deyə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarının sözlərini “bağışlanmayan və hədsiz bəyanat, həm də dəhşətli tarixi səhv” adlandırıb.
Qeyd edək ki, Lavrov İtaliyanın “Zona Bianca” xəbər kanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskini Adolf Hitlerə bənzədib. O, Hitlerin də, Zelenskinin də yəhudi olduğunu bildirib.
“Əldə olunan faktlar, Ukraynadakı nasist elementləri bunu inkar etmir. Hitlerin də yəhudi qanı olduğuna inanıram və ən pis antisemitlərdən bəziləri yəhudilərdir” - deyə Lavrov bildirib.
İsrail mediası yazır ki, nazir bu müsahibəni Zelenskinin Kiyevdə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşündən sonra verib və qeyd olunub ki, Lavrovun aqressivləşməsinə səbəb görüşdə güclü dəstək almaq barədə gəlinən razılıqdır.

DİGƏR XƏBƏRLƏR

Top