
Azərbaycanda Ramazan Bayramı münasibətilə məscidlərdə bayram namazı qılınıb.
Yeniavaz.com xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Əjdərbəy məscidində bayram namazı saat 9:00-da Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayevin iştirakı ilə qılınıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşdüyü üçün bayram namazında iştirak etməyib.
Bayram namazı Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
Qeyd edək ki, ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri qeyri-iş günüdür.
Tətbiqimizi yükləyə bilərsiniz