Şəhidin adına olan məktəb qəzalı vəziyyətdədir - VİDEO


Lənkəranın Velkənd kəndindəki tam orta məktəbin binası qəzalı vəziyyətdədir.
Belə ki, 30 ildir tikilib istifadəyə verilsə də, bu illər ərzində təhsil ocağında əsaslı təmir işləri aparılmadığından divarlar və döşəmələrdə iri çatlar əmələ gəlib, pəncərələri sınıb.
Şagirdlər bildirir ki, məktəbdə istilik sistemi heç bir zaman olmayıb. 
Məktəbin fiziki tərbiyə müəllimi Salam Bağırov məktəbi öz güclərinə saxladıqlarını deyib.
Qeyd edək ki, məktəb I Qarabağ müharibəsi şəhidi Asif Xəlilovun adınadır.
Daha ətraflı Baku TV-nin süjetində:

DİGƏR XƏBƏRLƏR

Top