BMT Mariupolun boşaldılmasını təsdiqləyib


Birləşmiş Millətlər Təşkilatının sözçüsü Ukraynanın cənubundakı liman şəhəri Mariupoldan dinc sakinlərin təxliyəsi üzrə əməliyyatın keçirildiyini təsdiqləyib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, daha əvvəl Rusiya 25 və 21 nəfərlik qrupların Ukrayna əsgərlərinin nəzarətindəki şəhərin sonuncu hissəsi Azovstal polad zavodunun yaxınlığındakı ərazidən təxliyə edildiyini bildirmişdi.
Ukrayna əsgərləri dünən 20 nəfərin polad zavodunu tərk etdiyini bildirib.
Ukrayna rəsmiləri bildirirlər ki, sənaye kompleksində 1000-ə yaxın mülki şəxs və 500-dən çox yaralı əsgər var.
Bununla belə, Rusiyanın həftələrdir davam etdirdiyi hücumlar zamanı ağır bombardmanlara məruz qalan şəhərin geri qalan hissəsində su, qaz və ya rabitəsiz yaşayan təxminən 100 min sakin var.

DİGƏR XƏBƏRLƏR

Top