Ermənistan müxalifəti gecəni meydanlarda keçirəcək - YENİLƏNİB


Ermənistanın birləşmiş müxalifəti İrəvanın mərkəzindəki Fransa meydanında çadırlar qurub gecələməyə hazırlaşır və bazar ertəsi genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına başlayacaq.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu bu gün keçirilən mitinqdə parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib.
"Əziz həmvətənlər, hamımız Fransa meydanında qalacağıq, bir müddət sonra burada çadırlar qurulacaq. Sabah səhər saat 08:30-da [Bakı vaxtı ilə 08:30] genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağıq. Vətəndaşlardan üzr istəyirik, lakin xüsusilə şəhərin mərkəzində bir dənə də olsun avtomobil olmamalıdır. Bir neçə gündən sonra biz Nikol Paşinyanın istefasına nail olacağıq”, - deyə o bildirib.
Müxalifətçilər meydana bitişik küçələri bağlayıb, polislə bir neçə toqquşma olub.

***16:48
Ermənistanda müxalifət qüvvələri İrəvanın mərkəzində Fransa meydanında respublikanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqə başlayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, ölkə vətəndaşları Fransa meydanında vətənpərvərlik mahnıları oxuyurr, gənclər hökumət əleyhinə şüarlar səsləndirirlər.
Qeyd olunur ki, aprelin 25-dən Ermənistanda respublikanın ikinci prezidenti Robert Köçəryanın “Ermənistan” blokunun, Ermənistan Respublika Partiyasının və “Mənim şərəfim var” parlament blokunun tərəfdarları genişmiqyaslı etiraz aksiyaları keçirilər.

DİGƏR XƏBƏRLƏR

Top