
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı bu ölkənin şərtini açıqlayıb.
Yeniavaz.com xəbər veir ki, o, “Bild am Sonntag” qəzetinə müsahibəsində yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması halında bunun mümkün olduğunu deyib.
"Atəşkəs yalnız ilk addım ola bilər. Bizə aydındır ki, sanksiyalar yalnız Rusiya qoşunlarını çıxaracağı təqdirdə ləğv ediləcək. Rusiyanın diktə edəcəyi şərtlərlə sülh nə Ukraynaya, nə də Avropada bizə istənilən təhlükəsizliyi gətirməyəcək. Ən pis halda bu, növbəti müharibəyə, hətta sərhədlərimizə daha da yaxınlaşmağa dəvət olacaq", - deyə, nazir bildirib.
Onun fikrincə, Avropa İttifaqı artıq Rusiya ilə münasibətləri Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl olduğu kimi qura bilməyəcək. Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa Moskvanın bir daha heç vaxt təminatlarına etibar etməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz