
Bakıda bir qrup fəal tərəfindən aksiya keçirilib.
Yeniavaz.com Meydan TV-yə istinadla xəbər verir ki, aksiya “Bakı fəhləsi” heykəlinin qarşısında baş tutub. Aksiya iştirakçıları Azərbaycanda işçilərin istismarına sonquyulması tələbilə çıxış edib və buna uyğun şüarlar səsləndiriblər.
Aksiyaya Daxili İşlər Nazirliyinin əməkdaşları müdaxilə edib və iştirakçıları saxlayaraq xidməti avtomobillərə əyləşdirib aparıblar.
Aksiyadan kadrları təqdim edirik:
Qeyd edək ki, hər il 1 May tarixi dünyanın bir çox ölkəsində Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd olunur.
Tətbiqimizi yükləyə bilərsiniz