Zelenski Kiyevdə Nensi Pelosi ilə görüşüb - VİDEO


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, prezidentin Teleqramda verdiyi məlumata görə , görüş Kiyevdə baş tutub.
Zelenski Pelosi və Amerika nümayəndə heyətini Bankova küçəsində Prezident Aparatının qarşısında qarşılayıb. Daha sonra danışıqlar aparmaq üçün binaya daxil olublar.
Prezident vurğulayıb ki, ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir.
O, ABŞ-a Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına kömək etdiyinə görə təşəkkür edib.
Öz növbəsində Pelosi döyüşə görə Ukraynaya təşəkkür edib və ABŞ-ın bu mübarizə bitənə qədər “orada olacağını” vurğulayıb.
Ukrayna-Amerika dövlətlərarası əməkdaşlığının möhkəmləndirilməsində mühüm şəxsi töhfəsinə, suveren, müstəqil və demokratik Ukraynaya verdiyi dəstəyə görə Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrini “Şahzadə Olqa” ordeni ilə təltif edib.

DİGƏR XƏBƏRLƏR

Top