
Hollivud aktrisası Ancelina Coli Ukraynanın Lvov şəhərinə gedib.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, o, qatar stansiyasına səfəri zamanı raket zərbəsi təhlükəsi olduğu üçün şəhərdə həyəcan təbili çalınmağa başlayıb.
Könüllülər dərhal Coliyə daha təhlükəsiz yerə getməyi təklif ediblər və o, izdihamla birlikdə bomba sığınacağına qaçıb.
Yolda könüllülər Coli ilə hər şeyin qaydasında olub-olmadığını soruşdular və o, qorxmadığını və hər şeyin yaxşı olduğunu söyləyib.
Qeyd edək ki, Ancelina Coli Rusiyanın Ukraynaya təcavüzünün ilk günündən müharibəni pisləyir . Üstəlik, o, dəfələrlə müharibədən əziyyət çəkən uşaqlar, eləcə də xərçəng xəstələri ilə görüşüb.
Bundan əlavə, aktrisa dəfələrlə Ukraynaya və hakimiyyətə dəstək sözlərini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz