“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq


“Azəriqaz” İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar 2 və 3 may tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz” İB-dən Yeniavaz.com-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 104/185 “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, Bayram günlərində Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi 25 nəfər mühəndis heyəti ilə Abşeron, Mərdəkan, Qaradağ, Sabunçu xidmət sahələrində və BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər. Abonentlər qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 “Çağrı Mərkəzi”nə zəng edə, 077 3 104 104 saylı vatsap nömrəsinə isə yazmaqla məlumat verə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top