Beynəlxalq axtarışda olan azərbaycanlı SAXLANILDI


İnterpol xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı Rusiyada saxlanılıb.

Şirvan Şəhər Polis Şöbəsi tərəfindən 1983-cü il təvəllüdlü Mütəllimov Loğman Gülağa oğlu çoxsaylı oğurluqlarda təqsirli bilindiyi üçün İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışa verilən həmin şəxs Rusiya Federasiyasının ərazisində saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçü tədbirlər görülür. / Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top