“Kəmaləddin Heydərov mənə zəng edib deputat olmağımı təklif etmişdi”


“Kəmaləddin Heydərov mənə zəng edib deputat olmağımı təklif etmişdi. Dedim ki, mənim deputat olmaq arzum yoxdur. Heç cəhd də göstəmərəm”.
Yeniavaz.com xəbər verir ki, bunu “Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı İsfəndiyar Axundov Demokrat.az-a müsahibəsində deyib.
İş adamı bildirib ki, bəzi deputatlar Milli Məclisdə özlərinin mülklərini qorumaq üçün otururlar: “Amma mənə belə biznesimi qorumaq lazım deyil. Çünki mən bu dövlətin tapşırıqlarının, problemlərinin çoxunu həll edirəm. Öhdəliyimə düşənləri yerinə yetirirəm. Heyif olar ki, vaxtımı gedim orada keçirim. Burada dövlətə xeyir verirəm. Min nəfərə çörək verirəm. Asan deyil, maaşı ver, avansı ver. Gedim orada heykəl kimi oturum? Nolsun? Hər adamın öz işi var, siyasətçilər var, getsinlər etsinlər. Bəzi deputatlar gedib parlamentdə heykəl kimi oturublar. Deputat yox, insan olmaq lazımdır. Deputat olmaq asandır. Öz işində elə yanaşma etməlisən ki, dövlətə problem yaşatmayasan. Yəni, deputat olmaq fikrim yoxdur”.
 

DİGƏR XƏBƏRLƏR

Top