Pekində koronavirusa görə məktəblər yenidən bağlanır


Çinin paytaxtı Pekində COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar bütün məktəbləri bağlamaq qərarına gəliblər.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, qərara əsasənbu gündən  etibarən şəhərin bütün məktəbləri fəaliyyətini dayandıracaq. Eyni zamanda, Pekin hökuməti təhsil müəssisələrinin nə vaxt açılacağını dəqiqləşdirməyib. Məktəblilərin distant təhsil imkanının olub-olmayacağı və imtahana hazırlaşanların dərslərə qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil.
 

DİGƏR XƏBƏRLƏR

Top