Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı


Almaniya Federativ Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Yurqen Şolts ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ona Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi xatırladılıb.

“Almaniya Xarici İşlər Nazirliyi bu gün Berlindəki səfirimizi Kavalanın işi ilə bağlı çağırdıqdan sonra Almaniyanın Ankaradakı səfiri Yurqen Şolts nazir müavini və Aİ işləri üzrə direktor Faruk Kaymakcı tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyəli diplomatın Almaniya Xarici İşlər Nazirliyinə çağırılması pislənilib. Ona bildirilib ki, təqsirli şəxs barəsində müstəqil Türkiyə məhkəməsi tərəfindən çıxarılan hökmə heç bir qurum, orqan və ya ölkə etiraz edə bilməz. Səfirə Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi də xatırladılıb”, - deyə məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top