Bayramov və Mirzoyan mayın 13-də görüşəcək


Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan XİN Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Mirzoyan və Lavrov telefon danışığı zamanı bu görüşün keçirilməsinə razılaşıblar.
“Nazir Mirzoyan Rusiya tərəfinin MDB Nazirlər Şurasının mayın 13-də Düşənbədə keçiriləcək iclası çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi təklifi ilə razılaşıb”, - məlumatda deyilib.

DİGƏR XƏBƏRLƏR

Top