Ermənistanda hərbçi əsgər yoldaşını güllələdi


Aprelin 28-də saat 19:20 radələrində, ilkin məlumatlara görə, əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı hərbi qulluqçusu Samvel Sedrakoviç Sanoyan yaralanıb.
Yeniavaz.com xəbər verir ki bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sanoyan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top