"Almaniya Rusiya qazını kəsməyə hazırdır"


Almaniya kansleri Olaf Şolz deyib ki, ölkə Polşa və Bolqarıstanda olduğu kimi Rusiya qazını kəsməyə hazır olmalıdır.
Yeniavaz.com
xəbər verir ki, kansler, Rusiya Prezidenti Vladimir Putinin növbəti addımını təxmin etəyin çətin olduğunu deyib:
"Heç kim Putinin ağlında nə olduğunu bilə bilməz. Biz buna (Rusiya qazını kəsməyə) hazır olmalıyıq. Və biz müharibə başlamazdan əvvəl artıq hazır idik, nə edəcəyimizi bilirik".
Bundan əlavə, o, Aİ, ABŞ və G7 ölkələri tərəfindən Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaları “çox təsirli” adlandırıb:
“Rusiya aydın şəkildə başa düşür ki, onlar öz inkişaf imkanlarına ciddi ziyan vurur və sanksiyalar müharibəni bitirmək, Ukraynanın yenidən öz suverenliyini inkişaf etdirə bilməsi üçü rus qoşunlarını bu ölkədən çıxarmaq üçün istifadə olunacaq”.
Şolz vurğulayıb ki, əgər Rusiya Ukraynada ərazi qazanclarına əsaslanaraq atəşkəs təklif etsə, Qərb bu sanksiyaları ləğv etməyəcək:
“Bu, o zaman baş verəcək ki, Kreml qoşunları Ukraynadan tamamilə çıxarılsın”.
Qeyd edək ki, martın sonunda Rusiya prezidenti Vladimir Putin rus qazı ilə bağlı ödənişin avro ilə deyil , rublla ödənilməsi barədə sərəncam imzalayıb . Daha sonra Aİ rəhbərliyi bu tələbə əməl etməyəcəyini açıqlayıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen şirkətləri Rusiyanın tələblərinə qarşı xəbərdar edib. O bildirib ki, çünki bu hal, Ukraynanı işğal etdiyinə görə təcavüzkara qarşı tətbiq edilən sanksiyaları pozacaq.
Aprelin 27-də  “Bloomberg” Rusiyanın qaz inhisarçısı "Qazprom" a yaxın mənbəyə istinadən xəbər verib ki, dörd avropalı qaz alıcısı Putinin tələb etdiyi kimi mavi yanacağa görə artıq rublla ödəniş edib. Həmçinin, artıq 10 Avropa şirkəti “Qazprombank”da Rusiyanın ödəniş tələblərini yerinə yetirmək üçün zəruri hesablar açıb. Amma “Bloomberg” Avropa şirkətləri və ölkələri haqqında məlumat verməyib.

DİGƏR XƏBƏRLƏR

Top