
Livan ordusunun xüsusi təyinatlıları Suriya ilə sərhəd rayonlarda İŞİD terror təşkilatı ilə əlaqəli terror şəbəkəsinə qarşı əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələrinin komandanlığının yaydığı bəyanatda deyilir.
"Vadi Xalid dağ dərəsində keçirilən əməliyyat zamanı tərəfindən axtarışda olan, Livanın şimalında və Bekaa vadisində İŞİD hücrələrini silah və partlayıcı maddələrlə təmin edən terrorçu məhv edilib. O, qaçmağa çalışarkən güllələnib"-deyə məlumatda bildirilib.