Sumqayıtda baş verən yanğının ilkin səbəbi açıqlandı - YENİLƏNİB


Sumqayıtda zavod ərazisində baş vermiş yanğın ilkin ehtimala görə, plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumatında bildirilir. 

Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.


***22:23
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğının söndürülməsi və həmin ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Yeniavaz.com xəbər verir ki, hazırda əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir. Bütün əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşırıqlar verilib.

DİGƏR XƏBƏRLƏR

Top