Yeniyetməni vurub videosunu “TikTok”da paylaşdılar - AÇIQLAMA


Sosial şəbəkələrdə yeniyetmələr arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, videoda 4 yeniyetmənin bir nəfəri döydükdən sonra kameraya çəkdiyi görünür.
Onlar döydükləri yeniyetmədən üzr istəməsini tələb edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, baş leytenant Mahir Məsimov Yeniavaz.com-a bildirib ki, məsələ artıq nəzarətə götürülüb:
"Görüntülərdən məlumatlıyıq. Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək. Görüntülərdə Ağdaş rayonunun adı çəkilsə də, hadisənin hansı ərazidə baş verməsi araşdırmalardan sonra dəqiq məlum olacaq".

DİGƏR XƏBƏRLƏR

Top