"Bu Putini çəkindirəcək, çünki o, gücə hörmət edir"


Hərbi məqsədlərin açıq-aşkar artması NATO-nun Avropadakı Ali Baş Komandanının keçmiş müavini general Ser Riçard Şirreff tərəfindən “tamamilə düzgün yanaşma” kimi qarşılanıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirinin Rusiyanın bütün Ukraynadan sıxışdırılması lazım olduğuna dair dünən gecə verdiyi bəyanatı şərh edərkən danışıb.
Ser Şirreff bildirib ki, yeni strategiya əhəmiyyətli resurslarla izlənilməlidir və bütövlükdə alyans daxilində həyata keçirilməlidir.
Keçmiş hərbi komandir Putinin aqressiv cavab verə biləcəyi ilə bağlı xəbərdarlıq edib, lakin bu eskalasiyanın Qərbin ciddi olduğunu göstərmək üçün lazım olduğunu müdafiə edib:
"Ən pis vəziyyət Rusiya ilə müharibədir. Ən pis vəziyyətə hazırlaşmaq lazımdır və çox güman ki, bu Putini çəkindirəcək, çünki son nəticədə Putin gücə hörmət edir".

DİGƏR XƏBƏRLƏR

Top