Fransa rus iş adamlarına məxsus 3 villanı müsadirə etdi


Fransa hakimiyyəti Kot d'Azurda rus iş adamlarına məxsus olduğu iddia edilən üç villanı müsadirə edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət Oleq Deripaskanın Sen-Trope ərazisindəki daşınmaz əmlakından gedir. Kanalın məlumatına görə, digər villa Kirill Şamalova məxsusdur. O, Biarritzdədir. Musa Bajayevin mülkü olan Trianon malikanəsi isə Sen-Jean-Kap-Ferratda yerləşir.
 

DİGƏR XƏBƏRLƏR

Top