Bu şəxs Baş Prokurorluqda idarə rəisi oldu


Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Tural Aslanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Rövşən Abdullayev Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə rəis təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top