Məktəblini təhqir etdiyi deyilən direktordan xəbər var


Goranboy rayon Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışovanın məktəblini geyimə görə təhqir etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Yeniavaz.com xəbər verir ki, Goranboy Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın müraciəti ilə bağlı məktəb direktorundan izahat alınıb. 

"Direktorun izahatında bildirilir ki, şagirdə qarşı hər hansı təhqiredici ifadə işlədilməyib. Sadəcə şagirdin məktəbə məktəbli geyimində gəlməli olduğu bildirilib".

Qeyd edək ki, Goranboy rayon Səfikürd kənd orta məktəbinin VI sinif şagirdi dərsə məktəbli formasında gəlmədiyi üçün direktor onu evinə göndərib. Valideyni isə direktorun şagirdi təhqir etdiyini iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top