Serji bələdiyyəsinə səfəri zamanı Fransa prezidenti Emmanuel Makrona pomidor atıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BFM TV” görüntülər dərc edib.
Telekanal tərəfindən yayımlanan kadrlarda bir neçə pomidorun böyük izdihamın mərkəzində olan Makrona tərəf atıldığı, bundan sonra prezident mühafizəsinin onu qorumaq üçün cəld Fransa liderinin başı üzərində çətir açdığı görünür.
Daha sonra yayım bir neçə saniyə kəsilib.
Xatırladaq ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 100%-i hesablandıqdan sonra Makron 58,54% səs toplayaraq yenidən prezident seçilib.