Rövşən Əsgərova Rusiyada cinayət işi açılıb


Rusiyalı müstəntiqlər azərbaycanlı jurnalist Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki yazılarına görə cinayət işi açıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov “Facebook”da Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan məlumatlar dərc edib:
“İstintaq Komitəsi bu cür cinayətlərdə iştirak edən şəxslərin statusundan və sosial vəziyyətindən asılı olmayaraq, Vətən müdafiəçilərinin xatirəsini ləkələmək və ya alçaltmaq cəhdlərinə həmişə əsaslı və sərt cavab verəcəkdir. Belə əməllər qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olur”.

DİGƏR XƏBƏRLƏR

Top