“H3N8” virusu ilk dəfə insanda aşkarlanıb


Quş qripinin “H3N8” ştammı ilk dəfə insanda aşkarlanıb.
Yeniavaz.com
“CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası bəyanat yayıb.
Bildirilib ki, Henan əyalətinin Zhumadian şəhərindən olan bir uşaqda aprelin 5-də qızdırma və digər simptomlar aşkar edilib və vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib.
Ötən gün açıqlanan məlumatlara görə, uşağın bədənində “H3N8” tipli quş qripi virusu aşkar edilib.
Qeyd edilib ki, bu virusun insanlar arasında yayılma riski aşağıdır və yaxın təmasda virus ötürülmür.

DİGƏR XƏBƏRLƏR

Top