
“Siz deyirsiniz ki, Rusiyanın humanitar dəhlizləri işləmir, cənab baş katib, sizi aldadıblar”.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə fəaliyyətsiz humanitar dəhlizlər məsələsinə münasibət bildirərkən deyib.
“Bu humanitar dəhlizlər işləyir. Bizim köməyimizlə Mariupoldan 100 mindən çox, 130 və ya 140 min insan çıxdı, onlar hər yerə gedə bilərlər. Kimsə Rusiyaya yox, Ukraynaya getmək istəyirsə, biz onları saxlamırıq, hər cür yardım və dəstəyi veririk. Eyni şeyi mülki şəxslər də edə bilər, əgər onlar Azovstal ərazisindədirlərsə - onlar çölə çıxa bilərlər”, - Rusiya prezidenti bildirib.
Putin BMT baş katibinə bu insanlarla danışmağı təklif edib.
Tətbiqimizi yükləyə bilərsiniz