Belqorod vilayətində silah anbarı yanır - VİDEO


Rusiyanın Belqorod vilayətində Ukrayna ilə sərhədə yaxın ərazidə silah- sursat anbarı yanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram”da yazıb.
“Saat 3:35 radələrində partlayışa bənzər yüksək səsdən oyandım. Hələlik şəhərin və rayonun heç bir növbətçi xidməti bu səsin səbəbini tapmayıb. Axtarışlar davam edir, dərhal sizə məlumat verəcəyəm. Mən bu mesajı yazarkən daha üç partlayış səsi gəldi”, - deyə, o bildirib.
Daha sonra məmur əlavə edib ki, o, Qolovinski qəsəbəsinin rəisindən Staraya Nelidovka kəndi yaxınlığında sursat anbarının hələ də yandığını öyrənib.
"Yaşayış binalarının, evlərin dağılması yoxdur. Mülki əhali arasında itki yoxdur", - Qladkov bildirib.
Staraya Nelidovka Ukrayna sərhədindən təxminən 40 kilometr aralıda yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top