İstəyimiz Rusiyanın hərbi potensialını zəiflətməkdir - Pentaqon


ABŞ Rusiyanın hərbi potensialını azaltmağa çalışmaq niyyətindədir. 
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyanın Ramşteyn aviabazasında Qərbin Kiyevə hərbi yardım göstərməsi ilə bağlı keçirilən məsləhətləşmələrin yekunlarında bildirib. O, “Düşünürəm ki, biz əvvəldən aydınlaşdırdıq ki, biz həqiqətən də Rusiyanın öz qonşularını təhdid etməsini çətinləşdirmək istəyirik. Məqsədimiz həmin təhdidləri azaltmaqdır”-deyə qeyd edib. Onun sözlərinə görə, Rusiya Federasiyası indi Ukraynada hərbi xüsusi əməliyyata başladığı vaxtdan hərbi potensial baxımından daha zəifdir.
 

DİGƏR XƏBƏRLƏR

Top