ABŞ-ın dövlət katibi Qarabağla bağlı açıqlama yaydı


ABŞ Qarabağda Azərbaycanla Ermənistan arasında münaqişənin həllinin tərəfdarıdır, bununla bağlı birtərəfli addımların əleyhinədir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.
"Mən həm Ermənistanın, həm də Azərbaycanın rəhbərliyi ilə çox fəal və birbaşa əlaqə saxlamışam. Xüsusilə, bu yaxınlarda, bir həftə əvvəl baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə telefon danışıqlarım olub. Bu ölkələrin xarici işlər nazirləri Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanma perspektivlərini stimullaşdırmağa kömək etməyə çalışırlar”, - deyə Blinken bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top