
Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi haqqında məlumat verib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Musa Quliyev bildirib ki, layihədə çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə edilməsi təklif olunur.
“Dəyişikliyə əsasən, 8-ci maddədə adıçəkilən şəxslərə - çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək”, - deyə deputat bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz