Zakir Həsənov Artis Pabrikslə görüşdü


"Azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislər də iştirak etməyə hazırdır".

Yeniavaz.com xəbər verir ki, bunu Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun qəbulunda olarkən bildirib.

A.Pabriks iki dövlət arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib.

Qeyd edək ki, aprelin 26-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Baş nazirinin müavini, müdafiə naziri cənab Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top