
Rusiya Federasiyası prezidenti Vladimir Putinlə Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mən doğrudan da təsdiq edə bilərəm, üstəlik, deyə bilərəm ki, bu, artıq baş verib və mən təsdiq edə bilərəm ki, doğrudan da, orada Ukrayna müzakirə olunub. Daha ətraflı məlumat verəcəyik”, - Peskov jurnalistin Putinlə Ərdoğanın telefon danışığı ilə bağlı Türkiyə mediasının məlumatını təsdiqləyib-təsdiq edə bilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Tətbiqimizi yükləyə bilərsiniz