Müharibə fonunda son baş verənlər - İCMAL


Bu gün Rusiya-Ukrayna hərbi münaqişəsinin 62-ci günüdür.
Yeniavaz.com
“BBC”yə istinadən müharibənin fonunda Ukraynada baş verən son hadisələri təqdim edir:
-    BMT-nin baş katibi Antonio Quterreş bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Danışıqlarda mühasirədə olan Mariupol şəhərinin müzakirə olunacağı gözlənilir. Ukrayna Quterreşdən mülki şəxslərin təxliyyəsi üçün humanitar dəhlizə zəmanət verməsini istəyib;
-    ABŞ bu gün 40-dan çox ölkə ilə Ukrayna ilə bağlı müdafiə danışıqlarına başlayacaq. Almaniyada ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ev sahibliyi edəcəyi danışıqlarda Kiyevə daha çox silah verilməsi müzakirə olunacaq;
-    Ostin prezident Vladimir Zelenski ilə görüşdən sonra jurnalistlərə deyib ki, ABŞ Rusiyanın Ukraynanı işğalı zaman istədiyi hər şeyi edə bilməyəcək dərəcədə zəiflədiyini görmək istəyir;
-    Böyük Britaniyanın Müdafiə Nazirliyi Luqanskın Kreminna şəhərinin işğal olunduğunu bildirib. MN-nin gündəlik yeniləməsində, həmçinin Rusiya qüvvələrinin Ukraynanın şərqindəki güclü möhkəmləndirilmiş mövqeləri mühasirəyə almağa cəhd etdiyi bildirilib;
-    Britaniya hökuməti Ukraynadan gələn bütün mallara tarifləri endirdiyini açıqlayıb. Həmçinin ukraynalılara repressiya etmək üçün istifadə oluna biləcək məhsul və texnologiyanın Rusiyaya ixracına qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top