
“Rusiya işğalçıları Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib”.
Yeniavaz.com “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Arestoviç rusların bu qərarını qəribə adlandırıb:
“Düşünməyə başlayıram, bəlkə Xristo Qrozev (araşdırmaçı jurnalist - red.) doğrudan da haqlıdır, Vladimir Vladimiroviç bütün əməliyyatları şəxsən idarə etmək qərarına gəlib? Hərbi nöqteyi-nəzərdən bu, ən böyük axmaqlıqdır, amma həqiqətən də hər yerə hücum etməyə çalışırlar”, - o, Mark Feyqinə müsahibəsində bildirib.