Laçında itkin düşən hərbçilərlə bağlı açıqlama


Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-nın müvafiq sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

"Yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir", - deyə bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top