Kadırov onların yerini deyənə 1 milyon dollar vəd etdi


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Coxar Dudayev və Şeyx Mənsurun adını daşıyan batalyonların yerini dəqiq göstərən hər kəsə 1 milyon dollar mükafat vəd edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Kadırovun sözlərinə görə, pul verməyə hazır olan bir xeyriyyəçi var.
“Biz onları məhv etməliyik: ya diz çöküb çeçen xalqından və bütün müsəlmanlardan bağışlanma diləyəcəklər, ya da başları gedəcək”, - Kadırov deyib.
Qeyd edək ki, Ukraynada Kadırovun legitimliyini qəbul etməyən çeçenlər “Şeyx Mənsur batalyonu” və “Coxar Dudayev batalyonu” yaradaraq ruslara qarşı döyüşürlər.

DİGƏR XƏBƏRLƏR

Top