Motosiklet sürücüsünü döyən məmur danışdı: "İşdən çıxaracaqlar"


“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.

Yeniavaz.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top